BSU-da 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin moderatoru Sosial elmlər fakültəsinin dekanı Əzim Əliyev 20 Yanvar faciəsinin Azərbaycan tarixində böyük əhəmiyyət daşıdığını və xalqımızın qan yaddaşında əbədi həkk olunduğunu qeyd edib.  O, 20 Yanvar faciəsinin tariximizə Azərbaycanın istiqlal yolunun ilk zirvəsi milli qürur doğuran bir gün kimi həkk olunduğunu bildirib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev bu gün Azərbaycan tarixinin ən qanlı, eyni zamanda ən şərəfli səhifələrindən biri olan 20 Yanvar tarixinin ildönümünün qeyd edildiyini diqqətə çatdırıb.  O, bu gün bir vətəndaş olaraq ərazi bütövlüyü, suverenliyi təmin olunmuş, müstəqilliyi bərpa edilmiş müasir Azərbaycanda yaşamağımız  üçün canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin böyük ehtiram və qürur hissi ilə anıldığını deyib. 1990-cı il 20 Yanvar hadisəsinin dünyanın böyük dəyişiklikləri astanasında baş verdiyini deyən rektor  dünyada gedən böyük proseslərin Sovet imperiyasının çökməsi prosesi ilə müşahidə olunuduğunu qeyd edib. Həmin imperiyanın çökməsini qoruyub saxlamaq üçün mərkəzdən edilən cəhdlərdən birinin Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı öz tarixi ənənələrini, müstəqilliyini bərpa etmək cəhdlərinə qarşı olduğunu bildirib.  O, tarixi hadisələrin növbəti illərdə Azərbyacan xalqı silahın  qarşısında məğrur dayanara öz müstəqilliyini yenidən bərpa edərək respublikanı formalaşdırdığını göstərdiyini söyləyib. Rektor Azərbaycan xalqının bütün tarixi dövrlərdə- istər 20 Yanvar, istər Xocalı faciəsi, istərsə də xalqımıza qarşı olan digər soyqırım aktları çərçivəsində xalq olaraq Azərbaycanın yaratdığı şərəf hekayəsində öz milli mənliyinə söykəndiyini dəfələrlə sübut etdiyini vurğulayıb. O, bunun ən böyük şahidliyinin isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqın ordu ətrafında birləşərək  öz ərazi bütövlüyünü təmin etməsi ilə yaşandığını diqqətə çatdırıb. Anar Nağıyev bu tarixi hadisənin  bundan sonrakı dönəm üçün mühüm zəmin yaratdığını qeyd edərək, 90-cı illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yenidən  dövlətçilik ənənələrimizin formalaşması, müasir Azərbaycan dövlətinin qurulması prosesi nəticəsində şanlı zəfər qazandığımızı deyib. Tarixin dəyişmə konsepsiyaları çərçivəsində qazanılan uğurlardan bəhs edən A. Nağıyev bu proseslərdə BSU kollektivinin iştirak etdiyini də qeyd edib. O, BSU əməkdaşlarının I Qarabağ müharibəsində iştirak etdiyini, universitetin IQarabağ müharibəsində şəhid olmuş məzunları olduğunu, həmçinin 44 günlük Vətən müharibəsində canlarından keçmiş qəhrəmanların sırasında BSU məzun və tələbələrinin olduğunu diqqətə çatdırıb.

Rektor məhz ölkənin azadlığı uğrunda səsini qaldıran bir xalqın dövrünün ən böyük imperiaysı ilə üz-üzə qoyulan xalqdan öz torpaqlarını düşmən torpaqlarından azad eləyən, 2023-cü ildə öz dövlət suverenliyini bərpa edən bir xalqa çevrildiyini qeyd edib. Yeni dünya dönəmində yaşadığımızı bildirən A. Nağıyev bügükü şəraitdə Azərbaycanın başqa bir statusa malik olduğunu deyərək, ölkəmizin dünyanın ən nüfuzlu tədbiri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP 29-a ev sahibliyi edəcəyini vurğulayıb. A. Nağıyev Prezidentin bu yaxınlarda yerli media strukturlarına verdiyi müsahibədə qeyd etdiyi müstəqilliyimizi bərpa elədiyimiz müddətdə qarşılaşdığımız bir dönəmin bitdiyi tezisini xatıraladaraq, Ulu Öndər Heydər Əliyevin siyasi bəhrəsinin nəticəsi olaraq həmin dönəmin ərazi bütövlüyümüz və suverenliyimiz kontekstində yekunlaşdığını bildirib. Qarşıda yeni üfüqlərin açıldığını bildirən Anar Nağıyev yeni dönəmdə öz inkişafımızın, zəfərlərimizin davamlı olması naminə Azərbaycan xalqının və gənciliyinin daha da irəliyə gedəcəyinə əminliyini ifadə edib.

Sonra Diplomatiya və xarici siyasət kafedrasının baş müəllimi Aygün  Əliyeva “Qanlı 20 Yanvardan şanlı zəfərə doğru”, Şərqi Avropa dilləri fakültəsinin dekanı Kamran Hacıyev “20 Yanvar şəhidləri”, Beynəlxalq münasibətlər kafedrasının müdiri Habil Məmmədov “Ümumxalq Hüzn Günü tarixi qəhrəmanlıq səhifəsi kimi”,  universitetin Tələbə Gənclər Təşkilatının sədri, Qərbi Avropa dilləri fakültəsinin IV tədris ili tələbəsi Nuray Orucova  “20 Yanvar hadisələri  gənclərin gözü ilə” adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə 20 Yanvar faciəsinin tarixi kökləri və səbəbləri,  Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi, faciənin tarixi dərsləri, gənclərimiz üçün yaratdığı məsuliyyət və çağırışlar, müasir gəncliyin 20 Yanvar hadisəsində şəhid olan insanların həyatından və mübarizəsindən örnək götürməli olduğundan bəhs olunub.