BSU-nun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

Yanvarın 19-da Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev, universitetin bir qrup əməkdaşı və tələbəsi 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.

 

Ziyarət zamanı BSU-rəhbərliyi, əməkdaşları və tələbələri Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər.