BSU-nun Polşa Tədris-Mədəniyyət Mərkəzinin müdiri və polyak dili müəllimi Varşavada polyak dili müəllimləri üçün təşkil olunmuş metodik konfransda iştirak edirlər

Bakı Slavyan Universitetinin (BSU) Polşa Tədris-Mədəniyyət Mərkəzinin müdiri Samirə Abdullayeva və Slavyan filologiyası kafedrasının polyak dili müəllimi Elnarə Abdulhəlimova "Universitetdə polyak dilinin tədris üsulları" mövzusu ilə Polşanın Varşava şəhərində Xaricdə Polşa Təhsilinin İnkişafı Mərkəzi (ORPEG) tərəfindən təşkil olunmuş polyak dili müəllimləri üçün metodik konfransda iştirak edirlər.
Səfər zamanı Polşanın aparıcı universitetləri ilə BSU arasında əlaqələrin qurulması imkanlarından bəhs edilib.
Qeyd edək ki, cari ilin yanvar ayının 5-dən başlayan konfrans 13 yanvar tarixində yekunlaşacaqdır. Konfransa ABŞ, Kanada, Braziliya, Argentina, Avstraliya, Peru, Qətər kimi ölkələrdən olan iştirakçılar da qatılıblar.