BSU- da " Heydər Əliyev İli" çərçivəsində yekun silsilə tədbirlər keçirilib

Dekabrın 29-da Bakı Slavyan Universitetində (BSU) “Heydər Əliyev İli" çərçivəsində Ümummilli lider Heydər Əliyevin şəxsi  fotoqrafı Rafiq Bağırovun Ulu Öndər Heydər Əliyevin fotolarından ibarət  sərgisi,  "Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” mövzusunda  keçirilən XIV beynəlxalq konfransın nəticələrindən ibarət konfrans materialları toplusunun və  BSU-nun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Azərbaycanda  rus dili və ədəbiyyatı" jurnalının xüsusi buraxılışının, həmçinin universitetin Jurnalistika kafedrasının professoru Etibar Babayevin Ulu Öndərə həsr olunmuş "Türk dünyasının fəxri " filminin  təqdimatı keçirilib.

Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 2023-cü ilin ölkəmiz üçün uğurlu və şanlı bir il olduğunu qeyd edərək Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması ilə tarixin yaddaşına yazılan, Prezident İlham Əliyevin işğaldan azad olunmuş Xankəndində, Xocalıda və işğaldan azad olunmuş digər ərazilərdə üçrəngli Azərbaycan bayrağını sancdığı,15 oktyabr tarixində Xankəndi şəhərindən xalqa müraciət edərək ölkəmizin üçün yeni bir yol xəritəsini göstərdiyi ölkəmiz  üçün gözəl bir il olduğunu deyib. Rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bütün bu nailiyyətlərin Ulu Öndər Heydər Əliyev tərəfindən uzun illər ərzində formalaşmış olan tarixi bünövrənin durduğunu diqqətə çatdırıb. A. Nağıyev Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini vurğulayaraq "Heydər Əliyev İli" çərçivəsində yekun silsilə tədbirlərin əhəmiyyətindən söz açıb.

BSU-nun professoru Etibar Babayev Ulu Heydər Əliyevin şəxsi  fotoqrafı Rafiq Bağırovun Ulu Öndər Heydər Əliyevin fotolarından ibarət  sərgidə nümayiş olunan fotolarda Ümummilli liderin mədəniyyətə, incəsənətə xüsusi diqqətinin nəfəsi duyulduğunu qeyd edib.

Ümummilli lider Heydər Əliyevin şəxsi  fotoqrafı Rafiq Bağırov 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevlə işlədiyini qeyd edərək, Heydər Əliyevlə bağlı öz xatirələrini bölüşüb.  Ümummilli lider Heydər Əliyevlə görüşün  onun həyatını tamamilə dəyişdiyini bildirib. Tanınmış fotoqraf Ulu Öndərin hər bir şəklinin tarix olduğunu deyib.  

Sonra Xalq artisti Fidan Hacıyevanın tələbəsinin ifasında musiqi müşayiəti ilə  sərgiyə baxış olub.Qeyd edək ki, sərgidə Ulu Öndər Heydər Əliyevin rəsmi fotoları ilə yanaşı, qeyri rəsmi fotoları da yer alıb.

BSU da “Heydər Əliyev İli” çərçivəsində keçirilən   yekun tədbirin davamında  "Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” mövzusunda  keçirilən XIV beynəlxalq konfransın nəticələrindən ibarət konfrans materialları toplusunun və  BSU-nun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Azərbaycanda  rus dili və ədəbiyyatı" jurnalının xüsusi buraxılışının təqdimatı baş tutub.  Pedaqogika və Psixologiya kafedrasının müdiri Piralı Əliyev qeyd edib ki, toplunun hər iki  cildində ümumilikdə 14 bölmə  üzrə 519 məqalənin çap olunduğunu bildirərək, topluda  dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, həmçinin respublikanın müxtəlif ali təhsil ocaqlarının və elmi-tədqiqat institutlarının nümayəndələrinin məqalələrinin yer aldığını bildirib. O, bu toplunun Ulu Öndər Heydər Əliyev ideyalarının elmi müstəvidə araşdırılaraq əbədiləşdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Sonra professor Etibar Babayevin "Türk dünyasının fəxri " filmi nümayiş etdirilib. E. Babayev, həmçinin Seyfullah Türksoyla birgə qələmə aldığı “Hatıralar Işığında HAYDAR ALİYEV”  kitabını tədbir iştirakçılarına təqdim edərək onun barəsində danışıb.

Bir 4 nəfər və mətn şəkili ola bilər

 

Bir 9 nəfər, Oval kabinet və mətn şəkili ola bilər

Bir 7 nəfər və mətn şəkili ola bilər

Bir 5 nəfər və mətn şəkili ola bilər

Bir 2 nəfər və mətn şəkili ola bilər

Bir 3 nəfər, dərs oxuyan insanlar, platforma və mətn şəkili ola bilər

Bir 6 nəfər, dərs oxuyan insanlar, xəstəxana və mətn şəkili ola bilər

Bir 9 nəfər və platforma incəsənəti ola bilər

Bir 3 nəfər, dərs oxuyan insanlar və mətn şəkili ola bilər

Bir 6 nəfər, abidə və mətn illüstrasiyası ola bilər

Bir 1 nəfər şəkili ola bilər

Bir 1 nəfər və mətn şəkili ola bilər

Bir 8 nəfər və mətn incəsənəti ola bilər

Bir 4 nəfər şəkili ola bilər

Bir 1 nəfər şəkili ola bilər