BSU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Qış nağılının melodiyası” adlı konsert proqramı baş tutub

Dekabrın 29-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva və rəhbərlik etdiyi "Mezzo" Kamera Orkestrinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş "Qış nağılının melodiyası” adlı konsert proqramı baş tutub.
Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev Yeni il öncəsi Xalq artisti Fidan Hacıyeva və rəhbərlik etdiyi "Mezzo" Kamera Orkestrini BSU-da görməkdən məmmnuluğunu ifadə edib. Rektor Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş 2023-cü ilin tarixi baxımdan ölkəmiz üçün həmçinin uğurlu nəticələr baxımından bu ilin BSU üçün də gözəl bir olduğunun vurğulayıb. A. Nağıyev universitet əməkdaşları, professor- müəllim heyətini, tələbələri , o cümlədən BSU Məktəb-Lisey Kompleksinin müəllim və şagirdlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb.
Konsertdə"Mezzo" Kamera Orkestrinin və Xalq artisti Fidan Hacıyevanın ifasında Avropa klassik musiqisi, Azərbaycan bəstəkarlarının, Üzeyir Hacıbəyovun və başqalarının əsərlərindən ibarət musiqi nömrələri, mahnılar, ariya və romanslar təqdim edilib.
Sonda xalq artisti Fidan Hacıyeva və Vokal Musiqi Məktəbinin tələbələri dünya şöhrətli Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa ediblər.