BSU "Azərbaycanda beynəlxalq təhsil imkanları" Forumunda təmsil olunub

Dekabrın 26-da Bakı Slavyan Universiteti (BSU) Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən "Azərbaycanda beynəlxalq təhsil imkanları" Forumunda təmsil olunub.
Forumda universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Aytən Bayramova, Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları və BSU-nun bir qrup əcnəbi tələbəsi iştirak ediblər.
Forumda “Əcnəbi vətəndaşların cəlbinin təşviqi və təşkili” və “Beynəlxalq reytinq cədvəllərində iştirak və proqramların akkreditasiyası” mövzuları üzrə panel müzakirələri keçirilib.