TÜİB-in Təhsil və Mədəniyyət Komissiyasının sədri BSU-da olub

Dekabrın 22-də Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) Təhsil və Mədəniyyət Komissiyasının Sədri Ragip Sarı Bakı Slavyan Universitetində (BSU) olub. Görüşdə BSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Aytən Bayramova və Sosial elmlər fakültəsinin dekanı Əzim Əliyev iştirak ediblər.
Görüş zamanı TÜİB-in Təhsil və Mədəniyyət Komissiyasının Sədri Ragip Sarı BSU-da təhsil alan şəhid ailələrinin üzvləri ilə tanış olub. Həmçinin, gələcək təhsil planları müzakirə edilərək bu istiqamətdə hər iki müəssisənin təhsilyönümlü dəstəyi ilə bağlı hədəf planları müəyyənləşdir.