BSU-nun idman klubunun müəlliminə Prezident İlham Əliyevin 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşündə mənzil verilib

Dekabrın 21-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb. Görüşdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri sırasında Bakı Slavyan Universitetinin (BSU) idman klubunun müəllimi Mahmud Məmmədov da iştirak edib.

Qeyd edək ki, BSU-nun müəllimi Mahmud Məmmədov Prezident İlham Əliyevin 20 dekabr tarixli müvafiq Sərəncamına uyğun olaraq idman ictimaiyyətinin 29 nümayəndəsinə mənzil verilən idman ictimaiyyətinin nümayəndələrindən biridir.