BSU-da “Elmi tədqiqatların aparılması və dissertasiyaların hazırlanması” mövzusunda təlim keçirilib

Dekabrın 22-də Bakı Slavyan Universitetində (BSU) universitetin magistr və doktorantlar üçün “Elmi tədqiqatların aparılması və dissertasiyaların hazırlanması” mövzusunda təlim keçirilib.

Təlimdə BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev çıxış edərək, elmi tədqiqat işinin aparılmasının mərhələləri, tədqiqatın strukturu və planlaşdırılması, tədqiqatın növləri, icra edilməsi barədə ətraflı məlumat verib. O, etibarlı mənbələrə əlçatanlıqdan və elmi tədqiqat mövzularının seçimi zamanı diqqət edilməsi zəruri olan meyarlardan söz açıb. müdiri Piralı Əliyev həmçinin, magistr və doktarantlara dissertasiyaların müdafiəsi ilə bağlı öz tövsiyələrini verib.

Təlimin sonunda magistr və doktorantları maraqlandıran suallar cavablandırılıb.