BSU-da “Fərdi inkişaf planlaması” mövzusunda vörkşop keçirilib

Dekabrın 20-də Bakı Slavyan Universitetində (BSU) universitetin Karyera xidməti şöbəsinin təşkilatçılığı ilə “Fərdi inkişaf planlaması” mövzusunda vörkşop keçirilib.

Vörkşopda Azərbaycan Hava Yolları QSC-nin İnsan Resursları İdarəsinin İstedadların İdarə edilməsi şöbəsinin mütəxəssisi Minə Şxəlili fərdi inkişaf planlamasının mahiyyəti, karyera planlanmasının həyat keçirilmə metodları barədə ətraflı məlumat verib. O, hədəfləri təyin edərkən “SMART” üsulundan istifadənin vacibliyini vurğulayaraq, fərdi inkişaf planlamısının illik tərtib olunmasının daha məqsədəuyğun olduğunu qeyd edib.

İnteraktiv şəkildə keçən vörkşopda tələbələrə karyera planlaması ilə bağlı müvafiqn tapşırıqlar verilib.