BSU-nun bir qrup əcnəbi tələbəsi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müxtəliflikdən Birliyə: Heydər Əliyevin multikulturalizm və gənclər siyasətinin miqrantların inteqrasiyasına töhfəsi” adlı tədbirdə iştirak ediblər

Dekabrın 18-də Bakı Slavyan Universtitetinin (BSU)bir qrup əcnəbi tələbəsi və Beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi Güllübəyim Cəfərova Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində (DMX) Beynəlxalq Miqrant Günündə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müxtəliflikdən Birliyə: Heydər Əliyevin multikulturalizm və gənclər siyasətinin miqrantların inteqrasiyasına töhfəsi” adlı tədbirdə iştirak ediblər.

Tədbirdə ölkəmizdə miqrantların cəmiyyətə inteqrasiyası, onların rifahı, hüquq və azadlıqlarının müdafiəsi istiqamətində Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi tədbirlər, layihələr barəsində geniş məlumat verilib. Ölkəmizdə uğurlu gənclər siyasətinin, eyni zamanda təhsil sahəsində ardıcıl, davamlı dövlət siyasətinin müəyyən edilməsinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu vurğulanıb.

Sonra Azərbaycanda yaşayan əcnəbilərin ölkəmizlə bağlı düşüncələrinin ekranlaşdırıldığı “Müxtəliflikdən birliyə: Azərbaycandan miqrant səsləri” adlı videoçarx nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.