BSU-da “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Avropa mediası” (Fransa mediası nümunəsində) adlı elmi seminar təşkil olunub

Dekabrın 18-də Bakı Slavyan Universitetinin (BSU)Beynəlxalq münasibətlər kafedrasında  “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Avropa mediası” (Fransa mediası nümunəsində) adlı elmi seminar təşkil olunub.
Elmi seminarda Beynəlxalq münasibətlər kafedrasının müəllimi Zeynab Kazımova təqdimatla çıxış edib.

Təqdimatda Ulu Öndər Heydər Əliyevin Azərbaycan Prezidenti kimi ilk səfərini Fransaya etməsi, Ümummilli liderin Prezident Fransua Mitteranla, Jak Şirakla görüşlərini, Azərbaycan-Fransa münasibətlərinin qurulmasında Ulu öndərin uzaqgörən siyasətindən söz açıb. Həmçinin, Ulu Öndər Heydər Əliyevin səfərləri ilə bağlı Fransa mediasında dərc olunan analitik yazılar, məqalələr barəsində geniş məlumatların öz əksini tapdığını bildirib. Zeynab Kazımova Fransa mediasında dərc olunan məqalələrdə Heydər Əliyevin siyasi rəhbər olaraq nüfuzunun xüsusi vurğulandığını diqqətə çatdırıb. Fransanın Minsk Qrupunun həmsədr ölkəsi olsa da, fransız mediasinin Qarabağ münaqişəsinin həllində Azərbaycana münasibətdə birtərəfli mövqe sərgiləyərək Ermənistanı dəstəklədiyini, lakin Ulu öndərin həmin dövrdə Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılması üçün əvəzsiz xidmətlərinidən danışıb. O, həmçinin II Qarabağ müharibəsi dövrü və regionda postmüharibə mərhələsində Fransa dövlətinin mövqeyi, Fransa mediasının davamlı olaraq birtərəfli, qərəzli mövqe sərgiləyərək sosial platformalarda Azərbaycan əleyhinə müxtəlif məqalələrin, TV verilişlərin yayımlanmasını həyata keçirməsi barədə ətraflı məlumat verib.

Seminar müzakirələrlə davam edib.