BSU-nun tələbələrinə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında “Heydər Əliyev adına təqaüd” təqdim olunub

Dekabrın 16-da Bakı Slavyan Universitetinin (BSU) tələbələri Təhsil fakültəsinin İbtidai sinif müəllimliyi ixtisasında təhsil alan IV tədris ili tələbəsi Ləman Allahverdiyeva və Xarici dil müəllimliyi fakültəsinin İngilis dili müəllimliyi ixtisasında təhsil alan II tədris ili tələbəsi Sənan Əliyevə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında “Heydər Əliyev adına təqaüd” təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 24 iyun 2023-cü il tarixli müvafiq Sərəncamı ilə bakalavriat səviyyəsində əyani formada təhil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.