Özbəkistanın Əlişir Nəvai adına Dövlət Pedaqoji Universitetinin nümayəndələri BSU-da olublar

Dekabrın 13-də Özbəkistanın Əlişir Nəvai adına Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Dilorom Şəmsiyeva, kafedra müdiri, professor Feruzə Cumayeva və dosent Gülsənəm Norova Bakı Slavyan Universitetində (BSU)olublar.

Görüş zamanı iki universitet arasında mövcud əməkdaşlıq imkanları müzakirə olunub, həmçinin gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlar universitetlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd ediblər.