BSU-nun rektoru Çin Xalq Respublikasının Hebei İqtisadiyyat və Biznes Universitetinin vitse-prezidenti Prof. Dr. Li Guijunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Dekabrın 11-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Çin Xalq Respublikasının Hebei İqtisadiyyat və Biznes Universitetinin vitse-prezidenti Prof. Dr. Li Guijunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan rektor Anar Nağıyev onları BSU-da görməkdən məmnun olduğunu bildirib. Rektor nümayəndə heyətinə BSU-nun tarixi və fəaliyyəti haqqında geniş məlumat verib.

Görüşdə iki universitet arasında beynəlxalq əlaqələrin inkişafı, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.