BSU kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dekabrın 12-də Bakı Slavyan Universitetinin(BSU) rektoru Anar Nağıyev, universitetin bir qrup əməkdaşı və tələbəsi Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad ediblər.

BSU-nun rəhbərliyi, əməkdaşları və tələbələri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.