BSU-da “Balaca ulduzlarımız” adlı konsert proqramı keçirilib


Dekabrın 8-də Bakı Slavyan Universitetinin Tələbə Gənclər Təşkilatı (BSU TGT) və Tələbə Həmkarlar İttifaqı Təşkilatının ( BSU THİK) təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin tələbələrinin ifasında “Balaca ulduzlarımız” adlı konsert proqramı keçirilib.

Konsertdə Vokal Musiqi Məktəbinin tələbələrinin ifasında Azərbaycan bəstəkarlarının, xarici bəstəkarların əsərlərindən ibarət musiqi nömrələri, Avropa klassik musiqisi, mahnılar, ariya və romanslar təqdim olunub.

Sonda Vokal Musiqi Məktəbinin tələbələri Emin Ağalarovun “Мой Азербайджан" mahnısını ifa ediblər.