BSU-da "Beynəlxalq məktəb mədəniyyəti", "Təlim prosesinə rəhbərlik" və "Akademik dürüstlük siyasəti" mövzularında təlim keçirilib

Dekabrın 8-də BSU-nun “Şagird hazırlığının müasir çağırışları: dünya standartları üçün müəllimlər” layihəsi çərçivəsində Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankinin növbəti təlimi baş tutub.

Təlim "Beynəlxalq məktəb mədəniyyəti", "Təlim prosesinə rəhbərlik" və "Akademik dürüstlük siyasəti" mövzularını əhatə edib.
Təlimdə beynəlxalq məktəb mədəniyyətinin formalaşmasında əsas olan amillərdən bəhs olunub, təlim prosesinə rəhbərlik və akademik dürüstlük siyasəti ilə bağlı ətraflı məlumat verilib.

Keyfiyyətli tədris üçün dil biliklərinin inkişaf etdirilməsinin vacibliyindən söz açan Françesko Bankini dil müxtəlifliyinin müxtəlif mədəniyyətləri, fərqli tədris üsullarını öyrənmək baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Təlim interaktiv şəkildə müzakirələrlə davam edib.