BSU-nun professoru Naidə Məmmədxanovanın “Heydər Əliyev İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev- müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisi" adlı monoqrafiyası nəşr olunub

 

 

Bakı Slavyan Universitetinin (BSU) professoru Naidə Məmmədxanova və dosent Xalidə Abbasovanın həmmüəllif olduqları “Heydər Əliyev İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev-müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisi" adlı monoqrafiyası nəşr olunub.

Monoqrafiyada Azərbaycan multikulturalizminin ən mühüm xüsusiyyətləri və əlamətləri öz əksini tapıb. Araşdırmada multikulturalizmin sosial varlığın çoxsaylı sahələrini əhatə edən milli tarixin üzvü və ayrılmaz hissəsi olduğu göstərilib.

Monoqrafiyada iqtisadiyyat, diplomatiya, siyasət, ideologiya və ictimai həyatın bəzi digər sahələri də tədqiqata cəlb olunub.