BSU-da yeni təqaüd layihələri təsis olunub

Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının 30 noyabr 2023-cü il tarixli iclasında universitetdə yeni təqaüd layihələri təsis olunması ilə bağlı qərar qəbul edilib.
Belə ki, qərara əsasən, regionlardan olan gənc qızların təhsilinə dəstək, eyni zamanda müəllimlik ixtisasına qəbul olan oğlan tələbələrin təhsilinin stimullaşdırılması məqsədilə iki yeni təqaüd layihəsi təsis edilib. Təqaüd layihələrinin hədəf auditoriyası 600+ bal toplayan tələbələrdir. Təqaüdlər 4 il ərzində hər semestr üzrə ÜOMG-si 81-in üzərində olan tələbələrə davamlı olaraq veriləcəkdir.

Qeyd edək ki, təqaüd layihələrinin növbəti tədris ilindən tətbiqi nəzərdə tutulur.