BSU tələbələri ADA Universitetində keçirilən “Liderlik üslubları” təlimində iştirak ediblər

 Noyabrın 30-da Bakı Slavyan Universitetinin (BSU) magistratura və bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələri ADA Universitetində keçirilən “Liderlik üslubları” təlimində iştirak ediblər.

Təlim zamanı tələbələrə  liderlik üslubları, rəhbəri effektiv edən vərdişlər, hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma, nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi və s. məsələlər barədə ətraflı məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.