Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin dosenti və tələbəsi BSU-da təcrübə keçəcəklər

Bakı Slavyan Universitetinin əməkdaşlıq etdiyi Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin “Ümumi dilçilik və Linqvodidaktika” kafedrasının dosenti, Filologiya fakültəsinin dekan müavini Alyona Jişkeviçin “Rus dili və mədəniyyətlər arası kommunikasiya” kafedrasına və Filologiya fakültəsinin IV kurs tələbəsi Nadejda Qurskayanın “Ədəbiyyat nəzəriyyəsi” kafedrasına təhkim olunmaqla, 29 noyabr–6 dekabr 2023-cü il tarixlərində Bakı Slavyan Universitetində təcrübə keçəcəklər.