BSU-da “Düzgün CV, rezüme və istək məktubu necə yazılır?” mövzusunda təlim keçirilib

Noyabrın 29-da Bakı Slavyan Universitetində (BSU) universitetin Karyera xidməti şöbəsi və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının birgə təşkilatçılığı ilə “Düzgün CV, Rezüme və İstək məktubu necə yazılır?” mövzusunda təlim keçirilib.

Dövlət Məşğulluq Agentliyininin Mərkəzi Karyera filialının əməkdaşı Jalə Bənnayeva təsirli və düzgün CV hazırlanması qaydaları, CV və rezümlərin fərqləri, istək məktubunda işəgötürənlərin diqqət etdiyi məqamlar haqqında ətraflı məlumat verib, onların xüsusi əhəmiyyətindən danışıb. Düzgün tərtib olunmuş CV, rezüme və istək məktubunun iş axtarışında mühüm rol oynadığını qeyd edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.