BSU-nun professoru Gülər Abdullabəylinin Polşada “XIX əsr polyak ədəbiyyatında Azərbaycan mövzusu və inspirasiyaları” ( “Tematy I Inspıracje Azerbejdzanu w Polskıej Lıteraturze XIX Wıeku” ) adlı kitabı nəşr olunub

Bakı Slavyan Universitetinin (BSU) professoru Gülər Abdullabəylinin Polşada polyak dilində “XIX əsr polyak ədəbiyyatında Azərbaycan mövzusu və inspirasiyaları” ( “Tematy I Inspıracje Azerbejdzanu w Polskıej Lıteraturze XIX Wıeku” ) adlı kitabı nəşr olunub. Xarici İşlər Nazirliyi, Azərbaycanın Polşadakı səfirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən kitab 2023-cü ildə Varşavada çap olunub.

Bu kitab rus dilində 1999-cu ildə müəllif tərəfindən Ulu Öndər Heydər Əliyevə və Polşanın ikinci prezidenti Aleksandr Kvasnevskiyə təqdim olunub.

Kitab XIX-XX əsrin əvvələrində Azərbaycan-Polşa ədəbi əlaqələrinə həsr olunub. Kitabda müəllif Polşa ədəbiyatında Azərbaycanın elmi, bədii, tarixi əksi ilə bağlı ətraflı məlumat verib. Əsər Polşanın Aleksandr Xodzko kimi ən tanınmış şərqşünasları tərəfindən ilk dəfə Azərbaycan klassik ədəbiyyatı nümayəndələrinin yaradıcılıqlarının təhlili, həmçinin ilk dəfə onların bədii əsərlərinin orjinaldan polyak dilinə tərcümə olunan, Azərbaycan-Polşa ədəbi əlaqələrinin əsası qoyulduğu dövrü əhatə edir.

Müəllifin gərgin və uzun illik zəhməti nəticəsində ərsəyə gəlmiş kitab Azərbaycan filoloji elminə məlum olmayan yeni materialllarla zənginləşdirilib.