BSU-nun ingilis dili tədrisi sahəsində çalışan elmi-pedaqoji heyəti "IELTS imtahanına təşviq" layihəsində uğurla iştirak edib

 

 

Bakı Slavyan Universiteti (BSU), Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında imzalanmış “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” üçtərəfli əməkdaşlıq müqaviləsinə əsasən, bu günə kimi universitetin ingilis dilini tədris edən elmi-pedaqoji heyətindən 13 nəfər IELTS imtahanında iştirak edib. Onlardan 10-u uğurlu nəticə göstərib.

Növbəti mərhələdə 20 nəfərin imtahanda iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan akademik heyət üzvlərinin imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanır. 

Müqavilə bu ilin dekabr ayına qədər qüvvədədir.