BSU-da "STEAM AZƏRBAYCAN” layihəsi və SAF 2023 çərçivəsində könüllülərlə görüş keçirilib

Noyabrın 25-də Bakı Slavyan Universitetində (BSU) “STEAM AZƏRBAYCAN” layihəsi və SAF 2023 çərçivəsində könüllülərlə görüş keçirilib. 

Tədbirdə giriş nitqi ilə çıxış edən BSU -nun rektoru Anar Nağıyev qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Rektor tələbə gənclərin könüllük hərəkatından söz açaraq, müasir Azərbaycan gəncliyinin formalaşmasında könüllülüyün rolundan danışıb. Laçın-Xankəndi yolunda aksiya keçirən ekofəlların könüllük fəaliyyətini xatırladan rektor universitet könüllülərinin ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə, sosial layihələrdə, humanitar aksiyalarda fəal iştirak etməklə respublikamızda uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verdiyini diqqətə çatdırıb.

Sonra Elm və təhsil nazirinin müavini Firudin Qurbanov tərəfindən könüllü gənclər üçün master klass təşkil olunub.

"STEAM Azərbaycan" layihəsinin İqrar Nəzərov tədbir iştirakçılarına SAF 2023-ün təşkili ilə bağlı geniş məlumat verib. O, STEAM Azərbaycan layihəsinin əhəmiyyətindən söz açıb.

Tədbir “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Leyla Zeynalova və STEAM Azərbaycan layihəsinin koordinatoru Hafiz Tofidinin təlimləri ilə davam edib. Təlimçilər tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.