BSU-da I BSU BMT Modeli simulyasiya konfransı keçirilib

Noyabrın 25-də Bakı Slavyan Universitetində (BSU) I BSU BMT Modeli simulyasiya konfransı keçirilib. 

BSU-nun rektor müşaviri Elçin Hüseynov tədbir iştirakçılarını universitet rəhbərliyi adından salamlayaraq burda görməkdən məmnunluğunu ifadə edib.Elçin Hüseynov tədbirin keçirilməsində məqsədin Azerbaycanda vahid BMT modeli klublar şəbəkəsinin yaradılması, bu şəbəkələrin daha da genişləndirilməsi, gənclərin davamlı olaraq BMT modeli konfranslarında iştirak etməsi və onların diplomatiya, siyasət, komunikasiya sahələri ilə bağlı maarifləndirməkdən ibarət olduğunu bildirib.Bu kimi konfransların keçirilməsinin gənclərin potensialını daha da inkişaf etdirdiyini deyən rektor müşaviri bütövlükdə bu kimi konfransların təşkilinin onlar üçün böyük təcrübə eyni zamanda faydalı və əhəmiyyətli olduğunu vurğulayıb.

Sonra AzMUN-da Proqram rəhbəri Aysu Məmmədova proqram haqqında ətraflı məlumat verib.

Daha sonra simulyasiyaya start verilib. Simulyasiya konfransı "AzMUN(Azərbaycan Model Birləşmiş Millətlər)" proqramı çərçivəsində BSU MUN klubu tərəfindən təşkil olunub.

Konfrans 2 komitə olaraq bölünüb. Baş Assambleya komitəsi Azərbaycan dilində, UNESCO komitəsi isə İngilis dilində keçirilib. Konfransın birinci günü uğurla başa çatıb.

Qeyd edək ki, 26 noyabr 2023-cü il tarixində konfransın ikinci günü və təltifetmə mərasimi keçiriləcək.

 

Bir 12 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 1 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 1 nəfər və platforma şəkili ola bilər

Bir 9 nəfər və dərs oxuyan insanlar şəkili ola bilər

Bir 10 nəfər, dərs oxuyan insanlar, xəbər otağı, xəstəxana və mətn şəkili ola bilər

Bir 8 nəfər, dərs oxuyan insanlar, xəbər otağı və mətn şəkili ola bilər

Bir 7 nəfər, dərs oxuyan insanlar, xəbər otağı və bunu deyən yazı "A FRANCE N AUSTRALIA AUSTRIA" şəkili ola bilər

Bir 5 nəfər, dərs oxuyan insanlar, xəbər otağı və mətn şəkili ola bilər

Bir 9 nəfər, dərs oxuyan insanlar və mətn şəkili ola bilər

Bir 5 nəfər, xəbər otağı və mətn şəkili ola bilər

Bir 4 nəfər, dərs oxuyan insanlar, xəbər otağı və bunu deyən yazı "MRACH AFGHANISTAN DIRECTOR CHAIR" şəkili ola bilər