BSU-da Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi və "ADDİE modeli " ilə bağlı infosessiya keçirilib

Noyabrın 22-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Təhsil İnstititutunun (ARTİ) təşkilatçılığı ilə Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi və "ADDİE modeli" ilə bağlı infosessiya keçirilib.

İnfosessiyada ARTİ-nin  Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşları Gülnar Tahirli və Mehriban Eyvazova çıxış ediblər.

ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Gülnar Tahirli milli kvalifikasiya çərçivələrinin mahiyyəti, əhəmiyyəti, ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsi və Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsi barəsində ətraflı məlumat verib. Həmçinin, kvalifikasiyaların təsnifatı, müasir və ənənəvi kvalifikasiyaların fərqlərindən danışıb.

ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin digər əməkdaşı Mehriban Eyvazova “ADDİE modeli” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında pedaqoji dizayn modeli olan “ADDİE modeli” nin müasir dövrdə geniş istifadə olunduğunu diqqətə çatdırıb. Bu modelin vacib komponentlərindən, onun mərhələlərindən söz açıb.

İnfosessiya tədbir iştirakçılarını maralandıran sualların cavablandırılması ilə davam edib.