BSU kollektivi Fəxri xiyabanı ziyarət edib

Noyabrın 18-də Bakı Slavyan Universitetinin(BSU) rektoru Anar Nağıyev, universitetin bir qrup əməkdaşı və tələbəsi Fəxri xiyabanda Yeni Azərbaycan Partiyasının (YAP) 31-ci ildönümü münasibətilə müasir Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.