BSU IX Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Bakı Slavyan Universiteti 11-15 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.

Sərgidə BSU-nun əməkdaşları tərəfindən son 5 il ərzində nəşr olunmuş 145 kitab nümayiş etdirilir.

Qeyd edək ki, sərginin iş vaxtı saat 10:00-dan 20:00-dəkdir. Sərgiyə giriş ödənişsizdir.