BSU-nun şəhid məzunu Elnur Allahverdizadənin məzarı ziyarət edilib

Noyabrın 7-də Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələr Sumqayıt Şəhidlər Xiyabanında universitetin şəhid məzunu Elnur Allahverdizadənin şəhadətə yüksəlməsinin üçüncü ildönümü münasibətilə Vətən müharibəsi şəhidi Elnur Allahverdizadənin məzarını ziyarət ediblər.

Ziyarət zamanı onun məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qeyd edək ki, Elnur Allahverdizadə BSU-nun Tərcümə fakültəsinin məzunu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Bir 7 nəfər şəkili ola bilər

Bir 12 nəfər şəkili ola bilər

Bir 4 nəfər və mətn şəkili ola bilər