BSU-nun bir qrup əcnəbi tələbəsi Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya ediblər

Bakı Slavyan Unviersitetinin (BSU) Beynəlxalq Əməkdaşlıq Şöbəsinin nəzdində fəaliyyət göstərən hazırlıq kurslarında təhsil alan bir qrup əcnəbi tələbəsi Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya ediblər. Ekskursiya zamanı bələdçilər tərəfindən əcnəbi tələbələrə muzeyin ekspozisiyasında nümayiş olunan Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin və Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini əks etdirən eksponatlar və çeşidli örnəkləri haqqında ingilis və rus dillərində geniş məlumat verilib.

Qeyd edək ki, BSU-da 20 müxtəlif ölkədən (İsveçrə, İtaliya, Fransa, Yəmən, ABŞ, Latviya, Koreya, Çin və s ölkələrdən) əcnəbi tələbə təhsil alır.