BSU-nun alimləri Türkiyədə beynəlxalq qurultayda iştirak ediblər

Bakı Slavyan Universitetinin (BSU) Türkologiya kafedrasının əməkdaşları f.e.d. Nuridə Novruzova, dos.Xatirə Abdullayeva, Türk araşdırmaları tədris-mədəniyyət mərkəzinin müdiri, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının əməkdaşı f.ü.f.d. Ziyafət Qasımova 2023-cü il 25-28 oktyabr tarixlərində Atatürk Universitetinin dəvəti ilə “Cumhuriyet’in Yüzüncü Yılında Bilge Kağan’dan Atatürk’e Uluslararası Türkçe ve Türk Edebiyatı Kurultayı”nda iştirak ediblər.

Qurultayda f.e.d. Nuridə Novruzova “Metnin Bileşenleri Arasındaki Anlam İlişkileri”, dos Xatirə Abdullayeva “Mahmud Kaşgari’nin “Dîvânu Lugâti’t-Türk” Eserinde Leksik Olguların Ek Terkibi”, f.ü.f.d. Ziyafət Qasımova “Bakü Türkoloji Kurultayı Sonrası Türkiye ve Türk Topluluklarında Yeni Türk Alfabesi Çalışmalarındaki Gelişmelerin Azerbaycan Basınına Yansıması (1927 Yılı)” adlı məruzələrlə çıxış ediblər.

Qurultay iştirakçıları tədbir çərçivəsində Ərzurum şəhərinin tarixi və görməli yerləri ilə də tanış olublar.