BSU-nun rektoru Heydər Əliyev Mərkəzində “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışında iştirak edib

Noyabrın 1-də Bakı Slavyan Universitetinin rektoru (BSU) Anar Nağıyev Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə ekskursiya etdirəcək “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışında iştirak edib.

Qeyd edək ki, 2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumatlarla tanış olmaq və eksponatları izləmək mümkündür.