BSU-da yeni fakültələr yaradılır

Bir abidə və mətn şəkili ola bilər
 
Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının 3 noyabr 2023-cü il tarixli iclasında universitetdə 2 yeni fakültənin yaradılması ilə bağlı məsələ müzakirə olunub.
 
Elmi Şuranın müvafiq qərarı ilə Humanitar və Sosial elmlər fakültəsi və Tərcümə fakültəsinin bazasında iki yeni fakültə-Qərbi Avropa dilləri və Şərqi Avropa dilləri fakültəsi yaradılıb, Humanitar və sosial elmlər fakültəsi isə Sosial elmlər fakültəsi adlandırılıb.
 
Yeni fakültələrin yaradılması " BSU 2030" Strateji İnkişaf Strategiyasına uyğun olaraq həyata keçirilib.
 
Yeni fakültələrin yaradılmasının məqsədi BSU-nun pedaqoji kadr hazırlığı və idarəetmənin optimallaşdırılması ilə keyfiyətinin artırılmasıdır.