BSU -da “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramının təqdimatı keçirilib

Noyabrın 2-də Bakı Slavyan Universitetində (BSU) “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramı çərçivəsində təqdimat baş tutub.

Tədbirdə çıxış edən BSU-nun rektor müşaviri Elçin Hüseynov qonaqları salamlayaraq layihənin əhəmiyyətinə toxunub, onlara mühüm fəaliyyətlərində uğurlar arzulayıb. O, Qərbi Azərbaycanın bizim tarixi torpağımız olduğunu, indiki Ermənistan ərasizindən qovulmuş azərbaycanlıların həmin ərazilərə qayıdışı, onların hüquqularının qorunması məsələsinin vacibliyini qeyd edib.  Bu istiqamətdə – bütöv Qərbi Azərbaycana qayıdış prosesində tələbə gənclərin rolunun əhəmiyyətindən danışıb.

“İRƏLİ” İctimai Birliyinin baş katibi İlqar Axundov proqram çərçivəsində baş tutacaq fəaliyyətlərlə barəsində ətraflı məlumat verib. O, layihənin növbəti mərhələlərində Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə düzgün və ətraflı şəkildə çatdırmaq məqsədilə təşəbbüs qruplarının yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə ZülfiqarQərbi azərbaycanlıların deportasiya prosesi tarixi barəsində ətraflı məlumat verib, İcmanın Qayıdış Konsepsiyasından söz açıb.

“İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı milli kimliyin, vətənpərvərliyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıb. Tələbələri proqramda fəal iştirak etməyə səsləyib.