BSU-da “Ermənistan-Azərbaycan münaqişəsi, Zəfər və Bayraq Günləri, Həqiqətin təntənəsi” adlı tədbir keçirilib

Noyabrın 2-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycanşünaslıq və slavyan tədqiqatları elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan münaqişəsi, Zəfər və Bayraq Günləri, Həqiqətin təntənəsi” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycanşünaslıq və slavyan tədqiqatları elmi-tədqiqat laboratoriyasının müdiri Sadir Məmmədov “Zəfər Günü”, Diplomatiya və xarici siyasət kaefdrasının dosenti Kəmalə Ruintən “Azərbaycan Dövlət Bayrağı Azərbaycan Dövlət müstəqilliyinin əsas rəmzi kimi”, Humanitar və sosial elmlər fakültəsinin birinci tədris ili tələbələri Minacət Səmədova “Həqiqətin təntənəsi”, Nəzakət Nəsibli “Dövlət Bayrağı” mövzularında çıxış ediblər. Çıxışlarda Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə nəzər salınıb,  Zəfərə aparan yolun başlanğıc tarixindən bəhs olunub.  Həmçinin, Azərbaycan Dövlət Bayrağının müstəqilliyin əsas rəmzi kimi əhəmiyyətindən söz açılıb, bayrağın hər bir xalqın qürur mənbəyi və iftixarı olduğu qeyd olunub.

Sonda Zəfər və Bayraq Günlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.