BSU-nun məzunu olmuş Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin xatirəsi yad edilib

Oktyabrın 31-də Biləsuvar rayoununda Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin xatirəsi yad edilib. 

Kənan Rüstəmlinin şəhid olmasının ildönümü ilə bağlı keçirilən anım mərasimində BSU-nun rektor müşaviri Xanım Sultanova, Həmkarlar İttifaqının sədri Əzim Əliyev, Tərcümə fakültəsinin dekanı  Kamran Hacıyev  və universitetin digər əməkdaşları iştirak ediblər.

BSU kollektivinin üzvləri şəhid Kənan Rüstəmlinin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyublar.