BSU-nun Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmillələşmə” (4-5 may, 2023) konfransı çərçivəsində xarici panel təqdimatları keçirilib

 

 

Oktyabrın 31-də  Bakı Slavyan Universitetinin  (BSU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmillələşmə” (4-5 may, 2023) konfransı çərçivəsində xarici panel təqdimatları Mərmərə Universitetinin Türk Araşdırmaları İnstitutunda baş tutub.

4-5 may tarixlərində Bakıda təşkil olunan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qloballaşma kontekstində Türkiyə-Azərbaycan münasibətləri: dil, ədəbiyyat və mədəniyyət” adlı  təqdimatı Türkiyat Araşdırmaları İnstitutunda baş tutub.

Konfransdan öncə hər iki ölkənin Dövlət Himnləri səsləndirilib və ölkələrin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhdilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Mərmərə Universitetinin Türk Araşdırmaları İnstitutunun müdiri, prof. Okan Yeşilot nümayəndə heyətini salamlayaraq, Türkiyə Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirib. O, konfransın əhəmiyyətindən danışıb.

Rektor Anar Nağıyev BSU-nun çoxminli tələbələri və kollektivi adından Mərmərə Universitetinin professor-müəllim və tələbə heyətini salamlayıb. A. Nağıyev konfrans iştirakçılarını Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təbrik edərək, Türk dünyasının mərkəzində olmaqdan məmnunluğunu bildirib. Rektor, həmçinin 2023-cü ilin Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” kimi qeyd olduğunu xatırladaraq, bu tarixi xüsusi olaraq daha da əhəmiyyətli edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinə qovuşmasının əhəmiyyətindən danışıb.

Anar Nağıyev Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransın əhəmiyyətindən söz açaraq, hər iki ölkənin münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Azərbaycan-Türkiyə münasibətlərinin yalnız dost, qardaş münasibətləri kontekstində deyil, həm də bir mənəvi məsələ olduğunu qeyd  edən rektor Böyük Atatürkün “Azərbaycanının dərdi bizim dərdimizdir, sevinci bizim sevincimizdir” və Ulu Öndərin “Bir Millət, iki dövlət” kəlamının  tariximizin hər dönəmində özünü göstərdiyini diqqətə çatdırıb.

Daha sonra iştirakçılar məruzələrlə çıxış ediblər. Konfrans öz işini müzakirələrlə davam etdirib.