BSU-da "Tələbələr üçün IB təlimi: təlim və qiymətləndirmə” adlı təlim keçirilib

Oktyabrın 31-də Bakı Slavyan Universitetində (BSU) IB Dünya Məktəblərinin Qafqaz və Mərkəzi Asiya Assosiasiyasının (CCAAIBWS) sədri, Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini "Tələbələr üçün IB təlimi: təlim və qiymətləndirmə” mövzusunda təlim keçib.

Təlim BSU-nun III və IV tədris ili tələbələri və magistrantların  iştirakı ilə baş tutub. F. Bankini müasir təlim prosesində təlim və qiymətləndirmə metodlarından söz açıb.

Təlim interaktiv şəkildə davam edib.

Qeyd edək ki, “Şagird hazırlığının müasir çağırışları: dünya standartları üçün müəllimlər” layihəsi universitetin keyfiyyətli təhsil təmin etmək və qlobal çağırışlara hazır olan yeni nəsil məktəb müəllimləri hazırlamaq hədəfini əks etdirir. Layihənin əsas məqsədi–ölkəmizdə beynəlxalq təlim proqramları üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində (IB, A-Level, IPC və s.) çalışmaq üçün kadr hazırlığına dəstək verməkdən ibarətdir.