BSU-da “Xaricdə təhsil imkanları” mövzusunda infosessiya təşkil olunub

Oktyabr 27-də Bakı Slavyan Universitetində (BSU) “İsveç tələbələri və məzunları birliyi” Azərbaycan (“Sweden Students & Alumni Network Azerbaijan”) təşkilatı ilə birgə “Xaricdə təhsil imkanları” mövzusunda infosessiya təşkil olunub.

“İsveç tələbələri və məzunları birliyi” (“Sweden Students & Alumni Network Azerbaijan”) təşkilatının sədri Əzimə Quliyeva təşkilatın fəaliyyət istiqamətlərindən danışıb. 

Sonra təşkilatın əmədaşları sədr müavini Süleyman Süleymanov, akademik fəaliyyət üzrə direktor Günel Zalova, yeni üzvlər və qeyri-uzvlər üzrə director Emin Mustafayev çıxış ediblər. Çıxışlarda xaricdə təhsillə bağlı müxtəlif təqaüd proqramları, o cümlədən İsveçdə təqaüd proqramları, təqaüd proqramlarına müraciət qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin, çıxışçılar xaricdə təhsillə bağlı öz təəssüratlarını bölüşüblər.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Bir 1 nəfər, platforma və bunu deyən yazı "Xa ha ma" şəkili ola bilər

Bir 1 nəfər və platforma şəkili ola bilər

Bir 1 nəfər və platforma şəkili ola bilər

Bir 1 nəfər şəkili ola bilər

Bir 4 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 1 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 7 nəfər, dərs oxuyan insanlar və xəbər otağı şəkili ola bilər