BSU-da Mediasiya Şurası ilə görüş keçirilib

Oktyabrın 26-da Bakı Slavyan Universitetində (BSU) Mediasiya Şurası ilə universitet tələbləri arasında görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun Tədris işləri üzrə prorektoru Ənvər Abbasov ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb. Prorektor Mediasiya Şurası ilə BSU arasında olan əməkdaşlığın əhəmiyyətindən söz açıb.

Görüşdə Mediasiya Şurasını Bakı 13 Saylı Mediasiya Təşkilatı təmsil edib. Təşkilatın rəhbəri İlham Mehdiyev və mediatorları Təranə Hüseynova, Azad Hacıyev Mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib.

Tədbirdə mediasiyanın rolu və əhəmiyyəti, müxtəlif kazuslar müzakirə edilib. Həmçinin, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.