BSU-da "TGT Nədir?" adlı infosessiya keçirilib

Oktyabrın 25-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə "TGT Nədir?" mövzusunda infosessiya keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhdilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan BSU-nun rektor müşaviri Elçin Hüseynov tədbir iştirakçılarını universitetin rəhbərliyi adından salamlayıb. O, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətindən söz açıb. Tədbirin əhəmiyyətini vurğulayan rektor müşaviri dövlətimizin uğurlu gənclər siyasətinin nəticəsi olaraq yaradıcı şəxsiyyət kimi formalaşan gənclərin tələbə gənclər təşkilatları ilə sıx birləşməsinin onların təhsilləri ilə yanaşı, ölkəmizin ictimai-sosial həyatında, o cümlədən asudə vaxtlarını səmərəli qurmağa, sosiallaşmağa və şəbəkələşməyə imkanlar yaratdığını qeyd edib. BSU-nun tələbə gənclər təşkilatının üzvlərinin aktiv fəaliyyətinə toxunaraq, onların ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin təbliğatında fəal iştirak etdiklərini deyib.

BSU-nun Tələbə Gənclər Təşkilatının (TGT) sədri, Tərcümə fakültəsinin tələbəsi Nuray Orucova TGT-nin fəaliyyəti ilə bağlı öz təəssüratlarını bölüşüb.

ATGTİ-nin üzv təşkilatlarla iş üzrə meneceri Rüfət Rüstəmov ittifaq və təşkilatın fəaliyyətlərini əks etdirən videoçarxlarla çıxış edib. O, ATGTİ-nin proqramlar çərçivəsində fəaliyyəti və həyata keçirilən digər işlər–düşərgələr, forumlar, seminarlar, və s. kimi maraqlı layihələrindən danışıb.

ATGTİ-nin klublarla iş üzrə meneceri Aqil Quliyev təşkilat klublarının fəaliyyəti barədə ətraflı məlumat verib.