BSU "GCC Exhibition for Training&Education" adlı sərgidə təmsil olunur

Bakı Slavyan Universiteti (BSU) 24-25 oktyabr tarixində Əbu-Dabi şəhərində keçirilən "GCC Exhibition for Training&Education" adlı sərgidə təmsil olunur.
 
Sərgidə BSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Aytən Bayramova və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Leyla Musayeva iştirak edirlər.
 
Qeyd edək ki, 10-dan çox ölkədən 30-dan çox yerli və beynəlxalq universitet və kollecin qatıldığı sərginin məqsədi dünyanın müxtəlif ölkələrindən olan ali təhsil müəssisələrini bir araya gətirmək və tələbələrə beynəlxalq səviyyədə mövcud olan təhsil imkanları, təqaüdləri haqqında daha çox məlumat əldə etmək şəraiti yaratmaqdır.