BSU-da Təhsil Tələbə Krediti Fondu ilə maarifləndirici görüş keçirilib

Oktyabrın 24- də Bakı Slavyan Universitetində (BSU) Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə I tədris ili üzrə ödənişli əsaslarla təhsil alan tələbələr arasında maarifləndirici görüş keçirilib.

Fondun əməkdaşı Ağca Məmmədova tələbələrə təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barəsində ətraflı məlumat verib.

Sonda tələbələri maraqladıran suallar cavablandırılıb.