BSU-nun bir qrup əməkdaşı "XXI əsrdə yeni nəsil təhsil idarəçiliyi və müasir yanaşmalar" adlı təlimdə iştirak ediblər

Oktyabrın 22-də Bakı Slavyan Universitetinin İbtidai təhsil kafedrasının bir qrup əməkdaşı Kıbrıs Elm Universitetinin təsisçisi və Kıbrıs Universitetlər Birliyinin sədri Selman Arslanbaşın "XXI əsrdə yeni nəsil təhsil idarəçiliyi və müasir yanaşmalar" mövzusunda təlimində iştirak ediblər.

Tədbirdə yeni nəsil təhsil sistemindən və təhsilə müasir yanaşmalardan bəhs olunub.

Tədbirin sonunda tədbir təşkilatçıları tərəfindən iştirakçılara sertifikatlar təqdim olunub.