BSU rektoru Gürcüstanda işgüzar səfərdə olub

19-20 oktyabr tarixlərində Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Gürcüstanın Akaki Tsereteli adına Kutaisi Dövlət Universitetinin 90 illik yubiley tədbirlərində iştirak edib.

Rektor səfər zamanı Özbəkistan, Polşa və Gürcüstandan olan universitet rəhbərlərinin iştirakı ilə ali təhsilin beynəlmillələşməsinə həsr edilmiş dəyirmi masaya qatılıb.

Səfər çərçivəsində Bakı Slavyan Universiteti ilə Akaki Tsereteli Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.