BSU-da “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin məlumatlandırma sessiyası keçirilib

Oktyabrın 19-da Bakı Slavyan Universiteti (BSU) “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin məlumatlandırma sessiyası keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhdilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BSU-nun rektor müşaviri Xanım Sultanova “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin gənclər üçün əhəmiyyətindən  söz açıb. BSU tələbələrinin birlikdəki aktiv fəaliyyətinə də toxunaraq, gənclərə uğurlar arzulayıb.

Tədbirdə birliyin əməkdaşları Gülpəri Muradova və Murad Zərgərov qurumun yaranma tarixi, əsas məqsədi, əhatə dairəsi, üzvlük prosesi barədə ətraflı məlumat veriblər. Həmçinin, birliyin BSU üzrə koordinatoru Dilbər Səlimova təşkilatdakı fəaliyyəti ilə bağlı öz təəssüratlarını bölüşüb.

Sonra tələbələr üçün müxtəlif istiqamətdə fəaliyyət göstərən proqramlar çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar haqqında videoçarxlar nümayiş etdirilib.

Sonda tələbələr tədbir çərçivəsində keçirilən yarışmalarda iştirak edib və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.