Polşalı mütəxəssislər BSU tələbələrinə masterklass keçiblər

Oktyabrın 17-də Bakı Slavyan Universitetində (BSU) “Marşalek Nəşriyyat Qrupu”-nun baş direktoru, hazırda BSU-nun qonaq professoru və birgə layihələrinin Polşa tərəfdən olan tərəfdaşı Yohanna Marşalek-Kava və Qdansk Universitetinin professoru Danuta Pletska Tərcümə fakültəsinin I tədris ili tələbələrinə  Polşa və Azərbaycanın siyasi -mədəni əlaqələri barəsində masterklass keçiblər.

Masterklassda tələbələrə Polşa və Azərbaycanın siyasi-mədəni əlaqələri haqqında ətraflı məlumat verilib.

Sonda tələbələri maraqlandıran  suallar cavablandırılıb.