BSU Polşanın Marşalek Nəşriyyat Qrupu ilə əməkdaşlığı genişləndirir

Oktyabrın 12-də Polşanın Marşalek Nəşriyyat Qrupu idarə heyətinin sədri Adam Marşalekin Bakı Slavyan Universitetinə (BSU) səfəri çərçivəsində  BSU və sözügedən nəşr evi arasında anlaşma memorandumu imzalanıb.

İmzalanmadan öncə rektor Anar Nağıyev və Adam Marşalek əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydalı əməkdaşlığa töhfə verəcəyini bildiriblər. BSU və sözügedən nəşr evi arasında əlaqələrin tarixindən söz açıblar.

Sonra rektor Anar Nağıyev və Adam Marşalek anlaşma memorandumunu imzalayıblar.

Anlaşma memorandumunda BSU ilə Marşalek Nəşriyyat Qrupu arasında əməkdaşlığın genişləndirilməsi, sözügedən nəşr evi tərəfindən BSU əməkdaşlarının məqalələrinin nəşr olunmasına dəstəyin göstərilməsi, birgə konfrans və seminarların təşkili nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin may ayının 4-5-də Bakı Slavyan Universiteti tərəfindən “Heydər Əliyev İli” çərçivəsində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfransa təqdim edilmiş 10 məqalənin Marşalek Nəşriyyat Qrupu tərəfindən  nəşr edilməsi nəzərdə tutulur.